Modern.az

Rusiyada yol qəzasında yaralanan 6 azərbaycanlı Bakıya gətirildi

Rusiyada yol qəzasında yaralanan 6 azərbaycanlı Bakıya gətirildi

Aktual

7 Yanvar 2019, 13:28

Xəbər verdiyimiz kimi, dünən Rusiyanın Stavropol diyarında Azərbaycan vətəndaşlarını daşıyan mikroavtobus aşıb, yaralanan var.

 

Məlumata əsasən, mikroavtobusda 13 sərnişin olub, onlardan 10-u xəsarət alıb. 

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri  Leyla Abdullayeva  Modern.az-a açıqlamasında deyib ki, artıq yaralıların bir neçəsi Bakıya qayıdıb.

 

“Azərbaycanın Rusiyadakı səfirliyinin tapşırığı ilə Rusiyadakı diaspor təşkilatları qəza baş verən andan soydaşlarımızla maraqlanıb. Qəza nəticəsində 10 nəfər xəsarət alıb. Yaralılardan 6-sı artıq Bakıya geri qayıdıb. Hazırda 4 vətəndaşımız xəstəxanadadır. Vəziyyətləri sabitdir”.

 

Qeyd edək ki, Azərbaycandan Moskvaya yollanan “Mercedes” markalı mikroavtobus  dünən Levokumsk kəndi yaxınlığında aşıb. Xəsarət alanlar dərhal yerli xəstəxanaya yerləşdirilib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı