Modern.az

Salyanda ağır qəza

Salyanda ağır qəza

Aktual

10 Mart 2019, 22:37

Salyan rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Çuxanlı kəndi ərazisində qeydə alınıb.

 

Kənd sakini, 1997-ci il təvəllüdlü Novruzov Tacəddin Vilayət oğlu idarə etdiyi "Jiqulu" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə maşın digər avtomobilə çırpılıb. T.Növruzov hadisə nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı