Modern.az

Xidmət rəisi Prezidentə belə təşəkkür etdi

Xidmət rəisi Prezidentə belə təşəkkür etdi

Aktual

16 Mart 2019, 23:12

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Prezident İlham Əliyevə Miqrasiya Xidmətinin əməkdaşlarını təltif etdiyi üçün təşəkkür edib. Modern.az xəbər verir ki, Vüsal Hüseynov feysbuk hesabında dövlət tərəfindən Miqrasiya Xidmətinə göstərilən etimada görə minnətdarlığını bildirərək kollektivi təbrik edib:

 

“Miqrasiya Xidmətinin kollektivi adından cənab Prezidentə göstərdiyi yüksək diqqət və etimad üçün dərin təşəkkürümüzü bildiririk. Dövlət Miqrasiya Xidmətinin kollektivini təbrik edir, göstərilən yüksək etimadı doğrultmağı, qarşıya qoyulan vəzifələrin icrasından layiqincə gəlməyi arzu edirəm”.

 

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev V. Hüseynova III dərəcəli dövlət miqrasiya xidməti müşaviri ali xüsusi rütbəsinin verilməsi və Miqrasiya Xidmətin bir sıra əməkdaşlarının "Miqrasiya orqanlarında qulluqda fərqlənməyə görə" medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı