Modern.az

Azərbaycan OPEK + əməkdaşlığını davam etdirməkdə maraqlıdır

Azərbaycan OPEK + əməkdaşlığını davam etdirməkdə maraqlıdır

Aktual

17 Mart 2019, 21:17

“OPEK + əməkdaşlığını davam etdirmək lazımdır”. Modern.az “Trend”ə istinadən xəbər verir ki, bunu Azərbaycanın energetika naziri Pərviz Şahbazor Bakıda keçirilən "OPEK plus"un iclasının yekunları üzrə mətbuat konfransında deyib.

 

Nazir əməkdaşlıqda maraqlı olduqlarını qeyd edib: "Neft bazarında hazırkı sabitlik və balansı nəzərə alaraq bizim əməkdaşlığı davam etdirmək və onu daha da gücləndirməkdən, gələcəkdə əməkdaşlığı uğurla davam etdirmək üçün əməkdaşlığa təkan verməkdən başqa yolumuz yoxdur. Bunun üçün bizim bütün zəminlər var".

 

P.Şahbazov qeyd edib ki, Azərbaycan OPEK+ razılaşmasının yerinə yetirilməsində lap əvvəldən, 2016-ci ildən bəri həmişə fəal iştirak edib: "Azərbaycan, həmçinin, OPEK+ formatının yaradılmasında və vasitəçilik fəaliyyətində fəal iştirak edib".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı