Prezident İlham Əliyev Şəmsəddin Xanbabayevin təltif edilməsi haqqında sərəncam imzalayıb.
Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Şəmsəddin Hüseynqulu oğlu Xanbabayev 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Şəmsəddin Xanbabayev Xaçmaz rayon İcra Hakimiyyətinin başçısıdır. Aprelin 1-də Şəmsəddin Xanbabayevin 80 yaşı tamam olacaq.