Modern.az

Azərbaycan millisi seçmə mərhələni sonuncu pillədə başa vurdu

Azərbaycan millisi seçmə mərhələni sonuncu pillədə başa vurdu

Aktual

30 Mart 2019, 23:16

19 yaşadək futzalçılar arasında ilk Avropa çempionatının əsas seçmə mərhələsində növbəti oyunlar keçirilib. Modern.az xəbər verir ki, II seçmə qrupda mübarizə aparan Azərbaycan milli komandası sonuncu matçına çıxıb.

 

Sloveniyadakı Podçetrtek İdman Sarayında keçirilən oyunda yığmamız meydan sahibləri ilə görüşüb. Bunadək Kiprə 1:7, Hollandiyaya 1:6 hesabı ilə uduzan Ağatahir Əzimovun yetirmələri yenə uğursuzluğa düçar olublar.

 

Sloveniya yığması digər rəqiblərimizlə müqayisədə daha amansız olublar. Komandamızın gücü əvvəlki matçlarda olduğu yenə bir qola çatıbsa, meydan sahibləri millimizi doqquz cavabsız ağır məğlubiyyətə uğradıblar. Təsəlli qolumuza isə İqbal Pənahov imza atıb.

 

Qeyd edək ki, qrupun digər oyununda Kiprə 4:1 hesabı ilə qalib gələn Hollandiya birinci yeri tutub. “Narıncılar” Latviyada keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

 

AVRO-2019-un əsas seçmə mərhələsi

II qrup

III tur, 30 mart

Kipr – Hollandiya – 1:4

Azərbaycan – Sloveniya – 1:9

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı