Modern.az

Binəli Yıldırım İstanbulda çətin durumda: səs fərqi 0.38 faizə catdı - YENİLƏNİB

Binəli Yıldırım İstanbulda çətin durumda: səs fərqi 0.38 faizə catdı - YENİLƏNİB

Güncel

31 Mart 2019, 23:55

İstanbulda səslərin 97,14 faizi sayılıb. Modern.az xəbər verir ki, hazırda AKP (Binəli Yıldırım) İstanbulda 48,88 faizlə irəlidədir. Ona CHP-çi Əkrəm İmamoğlu çox cüzi səslə uduzur. Belə ki, Ə.İmamoğlu 48,50 faiz toplayıb.

 

***

 

Türkiyədə keçirilən bələdiyyə seçkilərində verilən səslər sayıldıqca ilkin nəticələr açıqlanır.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanarkən yüksək faizlə irəlidə olan hakim Ədalət və İnkişaf Partiyası (AKP) hazırda sürətlə geriləyir.

Məlumata görə, bu vaxta qədər seçki bülletenlərinin təxminən 11 faizi sayılıb. Bu nəticə ilə AKP İstanbulda 52,48 faiz öndədir. AKP-ni 44,76 faizlə Cümhuriyyət Xalq Partiyası (CHP) təqib edir.

Ankarada isə AKP 54,14 faiz, CHP 41,36 faiz, İzmirdə AKP 37,70 faiz, CHP 57,63 faiz səs toplayıb.

 

Qeyd edək ki, İstanbulda hakim partiyanın namizədi Binəli Yıldırımdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı