Modern.az

Metropoliten qatarların gecikməsinə görə sərnişinləri təqsirləndirdi

Metropoliten qatarların gecikməsinə görə sərnişinləri təqsirləndirdi

Aktual

13 Aprel 2019, 12:22

Metroda qatarların gecikməsinə əsas səbəb sərnişinlərin qapıları saxlamasıdır.

Modern.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni"ni Depolar üzrə İş Departamentinin rəisi Faiq Əhmədov deyib.

O bildirib ki, qapılar tutulan zaman qapı silindrləri xarab olur:

"Qatarların depoya təmirə yollanmasının əsas səbəblərindən biri də sərnişinlərin stansiyalarda qatarların qapılarını tutub saxlaması olur. Qapı silindrləri 2,8-3,2 atmosferə hesablanıb.

Onu saxlayanda bir sıra mexanizmlər sıradan çıxır. Yeni qatarlarda isə sərnişinlər qapı arasında dayanıbsa, ötürücü bunu görür və avtomatik olaraq yenidən açılıb bağlanır".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı