Modern.az

Sel Cəlilabad-Yardımlı yolunda körpünü dağıtdı

Sel Cəlilabad-Yardımlı yolunda körpünü dağıtdı

Aktual

23 Aprel 2019, 21:14

Mənbəyini Buravar sıra dağlarından götürən Nio çayında dünəndən etibarən suyun səviyyəsinin kəskin şəkildə artması Cəlilabad-Yardımlı avtomobil yolunun üzərindəki körpünü qəzalı vəziyyətə salıb.

Modern.az “Report”a istinadən xəbər verir ki, həmçinin rayonun Buravar kəndindəki avtomobil yolunun bir hərəkət istiqaməti sel suları nəticəsində çöküb.

 

Bununla yanaşı, Buravar kəndinin mərkəzindəki digər körpü də eyni səbəbdən qəzalı vəziyyətdədir.

 

Məsələ ilə bağlı Cəlilabad Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, artıq qəzalı vəziyyətə düşən körpülərə baxış keçirilib. Çaylarda suyun səviyyəsi azaldıqdan sonra ərazidə təmir bərpa işlərinə başlanılacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı