Modern.az

Deputat seçicilərini qəbul etdi

Deputat seçicilərini qəbul etdi

Aktual

13 May 2019, 11:01

Milli  Məclisin  deputatı  Vahid  Əhmədov  növbəti  dəfə  Quba  şəhərindəki  ofisində  seçiciləri  ilə  görüş  keçirib.

 

Modern.az xəbər verirn ki, tədbir  iştirakçılarının  çoxsaylı  suallarını  cavablandıran  millət  vəkili  Milli  Məclisdəki  fəaliyyəti  və  gələcək  planları  barədədə  danışıb.

 

Qəbul  üçün  qeydiyyatdan  keçən  61  seçicinin  və  Xaşmaz  rayonundan  olan  3  nəfər  sakinin  xahişləri  nəzərə  alınaraq  onlar  təkbətək  qəbul  ediliblər .Qəbul  zamanı  məişət  problemlərini  əhatə  edən  məsələlər  çoxluq  təşkil  edib. İşədüzəlmə, təhsil, sahibkarlıq  üçün  şəraitin  yaradılması, sosial  müavinətlər, əmlakın  özəlləşdirilməsi, torpaq  və  bu  kimi  digər  məsələlər  baxılan  məsələlər  sırasında  olub.Əksər  məsələlər  yerindəcə  araşdırilmış,müvafiq  tapşırıqlar  və  tövsiyyələr  verilib, həlli  vaxt  tələb  edən  məsələlər  köməkçı  tərəfindən nəzarət  üçün   qeydiyyata  alınıb. Rayonun  Gədıkqışlaq  kənd  sakini  Firuz Kərimov  ailə  üzvləri  ilə  birgə  oğlu  üçün  uzun  müddət  həll  edə  bilmədiy,  lakin  deputatın  müdaxiləsindən  sonra  həllin  tapan  iş  məsələsinin  həllinə  görə V.Əhmədova  minnədarlıq  üçün  qəbula  gəldiyini  deyib.

 

Qəbuldan  sonra millət  vəkili   Azərbaycan  Respublikası Prezidentinin sərəncamı  əsasında  yenidən  qurulan  Quba-Qonaqkənd-Şamaxı  avtomobil  yolunun  tikintisi  ilə  bağlı  aparılan  işlərlə  yerində  tanış  olunub.Çox  böyük  işlərin  şahidi  olan  millət  vəkili  yolüstü  əhali  ilə  söhbətləşərək  camaatın  görülən  işlərdən  nə  qədər  məmun  olduqlarının  şahidi  olublar.  Əhali  yekdilliklə  cənab  Prezidentə  görülən  işlərlə  bağlı  öz  dərin minnətdarlığını bildirib.  Yolüstü  beş   körpünün  tikintisi ılə  bərabər,  uzun  illərdir  həllini  tapa  bilməyən  kəndin  yanından  keçən Vəlvələ  çayının  üzərındə  uzunluğu 126  metr  olan  körpünün qurulması  nəinki  Qonaqkəndlilərin, həm  də yolu  Qonaqkəndən  keçib  gedən  onlarla  yaşayış  məskənlərinin  sakinlərinin  sözün  əsl  mənasında  böyük  sevincinə  səbəb  olmuşdur. Çox  yaxın  vaxtda  Quba-Qonaqkənd-Şamaxı  yolunun  Qonaqkəndə  qədər  olan  hissəsi    əhalinin  istifadəsınə  veriləcək.

 

Cimi  kəndinin  sakinlərinin  yol  ilə  bağlı  etdikləri  müraciət  əsasında  Qonaqkəndlə  Cimini  birləşdirən  yolun  vəziyyəti  ilə  yerində  maraqlanan  millət  vəkili  görülən  işlərlə  tanış  olub, icra   olunmuş  işlərlə  bağlı  Quba  yol  İdarəsinin  rəhbərləri  Gülağa   Əliyevə  və  Tağı  Tağıyevə öz  təşəkkürünü  bildirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı