Modern.az

Dünyanın məşhur kardioloqları Bakıda beynəlxalq konqresə toplaşdı

Dünyanın məşhur kardioloqları Bakıda beynəlxalq konqresə toplaşdı

Aktual

8 İyun 2019, 13:29

Bakıda Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” 6-cı Beynəlxalq Konqresi başlayıb.

 

Modern.az xəbər verir ki, 7-9 iyun tarixində davam edəcək  konqresə dünyanın müxtəlif ölkələrindən ürək-damar cərrahları və kardioloqlar dəvət edilib.

 

2009-cu ildən keçirilən, artıq ənənəyə çevrilmiş “Bakı Ürək Günləri” Beynəlxalq Konqresinində yerli və xarici mütəxəssislərin iştirakı ilə kardiologiya və kardiocərrahiyyənin müasir problemlərinin müzakirəsi gözlənilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı