Modern.az

Bakıda “Volkswagen” yük maşınına çırpıldı

Bakıda “Volkswagen” yük maşınına çırpıldı

مورد توجه

22 İyun 2019, 00:12

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az  APA-ya istinadən xəbər verir ki,  avtoqəza “Şamaxinka” adlanan ərazidəki yolötürücü tuneldə qeydə alınıb.

Bildirilir ki, “Shacman” markalı yük maşını nasaz olduğu üçün tunelin girişində yol kənarında dayanmış vəziyyətdə olub. Bu vaxt “Volkswagen” markalı avtomobil gəldiyi sürətlə ona çırpılıb. Nəticədə avtomobilin sürücüsü xəsarət alıb.
Bir qədər sonra eyni istiqamətdə hərəkət edən “KaMAZ” markalı yük maşını da eyni avtomobilə çırpılıb.

Hadisənin səbəblərini Yasamal polisi araşdırır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı