Modern.az

Nazirlik Oğuzdakı canavara görə hərəkətə keçdi - İşçi qrupu yaratdı

Nazirlik Oğuzdakı canavara görə hərəkətə keçdi - İşçi qrupu yaratdı

Aktual

28 İyun 2019, 19:43

Oğuzda canavarın insanlara hücumu ilə əlaqədar işçi qrupu yaradılıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Modern.az-a açıqlamasında bildirib ki, Oğuz rayonunun Xaçmaz kəndində canavarın hücum etməsi ilə bağlı nazirlik tərəfindən həvəskar ovçulardan ibarət işçi qrupu yaradılıb.

Hazırda sözügedən ərazidə işçi qrupu tərəfindən vəhşi heyvanın zərərləşdirilməsi məqsədilə tədbirlər görülür.

Qeyd edək ki, bu gün günorta saatlarında Xaçmaz kəndində canavar əvvəlcə iri və xırdabuynuzlu heyvanlara, daha sonra qarşısına çıxan kənd sakinlərinə hücum çəkib.

Nəticədə, ikisi uşaq olmaqla dörd nəfər ağır xəsarətlərlə Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı