Modern.az

Azərbaycan 19-cu medalını qazandı

Azərbaycan 19-cu medalını qazandı

Aktual

28 İyun 2019, 20:58

Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında qadın güləşçilərin yarışları davam edir.

Modern.az APA-ya istinadən xəbər verir ki, 57 kq çəki dərəcəsində bürünc medal uğrunda qarşılaşmalar keçirilib. Azərbaycan yığmasının üzvü Alyona Kolesnik də xalça üzərinə çıxıb. 1/8 finalda macarıstanlı Ramona Qalambosa 10:0 hesabı ilə qalib gəlib, 1/4 finalda bolqarıstanlı Mimi Xristovaya 0:6 hesabı ilə uduzduqdan sonra təsəlliverici görüşdə Françeska İndelikatanu (İtaliya) 12:1 hesabı ilə məğlub edən güləşçimiz türkiyəli Bediha Gün ilə üz-üzə gəlib. İlk hissədə xal qazanan türkiyəli önə keçsə də, güləşçimiz əzmkarlıqla 5:3 hesablı qələbə qazanaraq bürünc medala yiyələnib. Bu, Azərbaycan yığmasının Minsk-2019-da qazandığı 19-cu medal olub.

Yığmamızın hesabında 3 qızıl, 5 gümüş və 11 bürünc mükafat var.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı