Modern.az

Qubada qaz partlayışı - 4 nəfər xəsarət aldı

Qubada qaz partlayışı - 4 nəfər xəsarət aldı

Aktual

29 İyun 2019, 17:50

Quba rayonunda qaz partlayışı olub.

 

Bu haqda Modern.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

 

Rayonun Amsar kəndində ümumi sahəsi 48 kv.m olan kürsülü, birmərtəbəli 2 otaqlı evin həyətyanı sahəsində həcmi 40 litr olan məişət qaz balonunda yanğınla nəticələnən ani partlayış baş verib.

 

Yanğın nəticəsində evin döşəməsi 4 kv.m sahədə yanıb.

 

Yanğın zamanı 4 nəfər xəsarət alıb.

 

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı