Modern.az

Gəncə polisi avtobuslarda cibgirlik edən qadını saxladı

Gəncə polisi avtobuslarda cibgirlik edən qadını saxladı

Aktual

1 İyul 2019, 17:25

Gəncədə ictimai nəqliyyatda cibgirlik edən qadın  saxlanılıb.

 

Daxili İşlər Nazirliyindən  Mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari ilin yanvar ayında şəhər ərazisindəki xətt avtobusunda bir qadının çantasından 32 manat nağd pulu və ümumi dəyəri 410 manat olan qızıl zinət əşyalarını  oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, 59 yaşlı Samux rayon sakini Səlminaz Həsənova saxlanılıb. 

 

Faktla bağlı araşdırmalara başlanılıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı