Modern.az

Küçədə qadına qarşı bunu edən 600 nəfər cərimələndi

Küçədə qadına qarşı bunu edən 600 nəfər cərimələndi

Aktual

1 İyul 2019, 22:57

"Son bir ildə Fransada küçədə qadınlara qarşı qısnama hallarına görə 600 nəfər cərimə olunub".

Modern.az  "Report"a istinadən xəbər verir ki, bunu Fransanın qadınlarla kişilər arasında bərabərlik üzrə dövlət katibi Marlen Şyappa jurnalistlərə bildirib.

"2018-ci ilin avqust ayında qanunun qüvvəyə minməsindən bu günədək küçədə qadınlara sataşan 600 nəfər cərimələnib. Fransa bunu edən ilk ölkədir. Cərimələrin sayı göstərir ki, bu yeni qanun uğurla tətbiq olunur, effektlidir və müsbət nəticələr verəcək", - deyə dövlət katibi bildirib.

Xatırladaq ki, küçədə qadınlara qarşı qısnama hallarına görə cərimə 90 avrodan başlayır və 750 avroya çata bilər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı