Modern.az

Hadi Rəcəbli ziyalılarla görüşdü

Hadi Rəcəbli ziyalılarla görüşdü

Aktual

16 İyul 2019, 11:00

 

Milli Məclisin Əmək və Sosial-siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda yaş həddi 80 və daha yuxarı olan bir qrup ziyalılarla görüş keçirib.

 

Modern.az xəbər verir ki, tədbirdə Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyinin anilmasından geniş söhbət açılmış, iştirak edən ziyalıların bir çoxunun vaxtilə Ulu öndərin rəhbərliyi altında çalışdıqlarını və bilavasitə onun kadrları olduqlarını vurğulayıb, xatirələrini bölüşüblər.

 

Millət vəkili Azərbaycanda social-siyasətin qurucusu səxsən Heydər Əliyevin olduğunu söyləmiş və hal-hazırda da bu siyasətin davamçısı hörmətli prezidentimiz İlham Əliyev cənablarının olduğu vurğulayıb.

 

Deputatın seçici dairəsinin kənd və qəsəbələrini təmsil edən bu ziyali qrupu, ilk öncə prezidentimiz İlham Əliyev cənablarına, eyni zamanda millət vəkilinə onlara göstərdiyi diqqət və qayğıya görə təşəkkürlərini bildiriblər.

 

 

Tədbir yemək masası arxasında davam etmiş və sonda ağsaqqallar deputatla xatirə şəkli çəkdiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı