Qaradağ rayonu ərazisində, (Sahil qəsəbəsinə çatmamış "NUR" marketin yanında) ağır yol nəqliyyat hadisəsi baş verib. Mikroavtobus yük avtomobili ilə toqquşub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, təcili yardıma çağırış saat 7.42 də daxil olub:
“Hadisə yerinə 6 Təcili Tibbi Yardım briqadası yollanıb. Qəza nəticəsində xəsarət alan 6 nəfər Klinik Tibbi Mərkəzə çatdırılıb. Həkimlərin bildirdiyinə görə yaralılardan ikisinin vəziyyəti ağırdır. Dörd nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir”.