Modern.az

Qadın içdiyi dərmandan zəhərləndi

Qadın içdiyi dərmandan zəhərləndi

Aktual

3 Avqust 2019, 23:43

Mingəçevir şəhərində dərmandan zəhərlənmə faktı qeydə alınıb.

Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospekti 72 ünvanında baş verib.

Belə ki, həmin ünvanda yaşayan gənc qadın - Əmiraslanova Rəmziyə Kərim qızı normadan artıq miqdarda “Kardiomaqnil” dərman pereparatı qəbul edərək zəhərlənib. Qadın dərhal xəstəxanaya yerləşdirilib.

Əldə edilən ilkin məlumata əsasən, o şəxsi münasibətlər zəmnində hisslərinə hakim kəsilə bilməyərək bu addımı atıb.

Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı