Modern.az

Sumqayıtda yol qəzası - 1 ölü, 4 yaralı

Sumqayıtda yol qəzası - 1 ölü, 4 yaralı

Aktual

4 Avqust 2019, 12:20

Ötən gün Sumqayıtda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt-Hacı Zeynalabdin qəsəbəsi avtomobil yolunun Sumqayıt Texnologiyalar Parkının ərazisindən keçən hissəsində qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində 5 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar iki ailənin üzvləridir. Onlar - Heydər Nağıyev (1974), Səfiyyə Nağıyeva (1976), Gülşən Nağıyeva (2006) və Əfruz İbrahimova (1957), Soltanəli İbrahimovdur (1958).

 

Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilən yaralılardan biri - 1957-ci il təvəllüdlü İbrahimova Əfruz Bakir qızı bu gün səhər saatlarında dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı