Modern.az

Kürdəmirdəki qəzada bir nəfər öldü

Kürdəmirdəki qəzada bir nəfər öldü

Aktual

4 Avqust 2019, 20:19

Kürdəmir rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

Modern.az  "Report"a  istinadən xəbər verir ki, hadisə Ağsu-İmişli-Kürdəmir yolunun 25-ci km-də, rayonun Təklə kəndindən keçən hissəsində qeydə alınıb.

"Ford" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində ikinci maşının sürücüsü, Kürdəmir rayon Qarasaqqal kənd sakini Rəsulov Lazım Mövlam oğlu hadisə yerində dünyasını dəyişib. Qəza zamanı daha iki nəfər - Kürdəmir sakinləri - "Ford"un  25 yaşlı sürücüsü Qədirov Niyaməddin Rəfael oğlu və 46 yaşlı İmanov Əfqan Ədalət oğlu xəsarət alıb. Hər iki xəstə Kürdəmir RMX-ya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı