Modern.az

Saray qəsəbəsi işıqsız qalacaq

Saray qəsəbəsi işıqsız qalacaq

Aktual

4 Avqust 2019, 22:36

Saray qəsəbəsində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Modern.az xəbər verir ki, “Azərişıq” ASC-nin Sumqayıt Şəbəkə Sahəsindən APA-ya verilən məlumata görə, buna səbəb 10 kilovoltluq elektrik verilişi xətlərində yenidənqurma işlərinin aparılmasıdır.

Təmir işləri ilə əlaqədar Abşeron rayonunun Saray qəsəbəsinin Heyər Əliyev prospekti, Cabir Novruz, Kərim Axundov, Hacı Zeynalabdin Tağıyev, Əliağa Vahid, Fikrət Əmirov, Səttar Bəhlulzadə, Vəli Axundov, Məşədi Əzizbəyov və Mirzə Ələkbər Sabir küçələrində elektrik enerjisi olmayacaq. Məhdudiyyət 5-6 avqustda saat 10:00-dan 16:00-dək tətbiq ediləcək.

Yenidənqurma işləri başa çatdıqdan sonra elektrik enerjisinin verilişi bərpa olunacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı