Millət vəkili Novruz Aslanov avqustun 28-də İsmayıllı rayonunda təhsil bayramında iştirak edib. Rayon icra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirə bu il ali məktəblərə daxil olan abituriyentlər, təhsil işçiləri, rayon ziyalıları və qonaqlar da qatılıblar.
Modern.az xəbər verir ki, Novruz Aslanov çıxışında təhsil sahəsindəki inkişafdan, dövlətin tələbələrə verdiyi dəstəkdən söhbət açıb, “Təhsil bayramı”nın təşkilatçılarına, məhsuldar əməyinə görə müəllimlərə, yüksək bilik nümayiş etdirən tam orta məktəb məzunlarına təşəkkürünü bildirib. Bayram münasibətilə tədbir iştirakçılarını təbrik edib.
Tədbirin sonunda Novruz Aslanov yüksək bal toplayan hər bir tələbəyə hədiyyələrini təqdim edib.