Xaçmazda naməlum avtomobil qaz xəttini zədələyib.
Modern.az APA-ya istinadən xəbər verir ki, Xaçmaz-Yalama qaz xəttinin zədələnməsi səbəbindən Yalama kəndində 860 abonentin “mavi yanacaq”la təchizatında fasilə yaranıb.
Hazırda qazın verilişinin bərpası istiqamətində təmir-bərpa işləri həyata keçirilir.