Futbol üzrə Azərbaycan mill komandası bu gün Avro-2020-nin seçmə mərhələsində növbəti oyununa çıxacaq.
Modern.az-ın məlumatına görə, yığmamız 5-ci turda səfərdə Uelslə qarşılaşacaq. Kardiff şəhər stadionunda keçiriləcək matç Bakı vaxtı ilə 22:45-də başlayacaq. Xatırladaq ki, komandamız bundan əvvəl keçirdiyi 3 matçın hamısında uduzub.
Qeyd edək ki, millimizin yer aldığı E qrupunun digər oyununda Slovakiya Xorvatiyanlı qəbul edəcək.
6 sentyabr
22:45. Uels - Azərbaycan
Baş hakim: Farrucia Kann Trustin
Kardiff şəhər stadionu
22:45. Slovakiya - Xorvatiya
Baş hakim: Feliks Brix
"Siti Arena Trnava"
| 1. | Macarıstan | 4 | 3 | 0 | 1 | 6:4 | 9 |
| 2. | Slovakiya | 3 | 2 | 0 | 1 | 7:2 | 6 |
| 3. | Xorvatiya | 3 | 2 | 0 | 1 | 5:4 | 6 |
| 4. | Uels | 3 | 1 | 0 | 2 | 2:3 | 3 |
| 5. | Azərbaycan | 3 | 0 | 0 | 3 | 3:10 | 0 |