Modern.az

Nazirdən sensasiyalı AÇIQLAMA - Kölgə iqtisadiyyatının həcmini göstərdi

Nazirdən sensasiyalı AÇIQLAMA - Kölgə iqtisadiyyatının həcmini göstərdi

Güncel

13 Sentyabr 2019, 13:13

Vergi islahatları nəticəsində cari ilin ötən dövründə əvvəlki illə müqayisədə dövlət büdcəsinə vergidaxilolmaları əhəmiyyətli şəkildə artıb.

Modern.az xəbər verir ki, bu barədə Vergilər naziri Mikayıl Cabbarov deyib.

O bildirib ki, artımlar qeyri-neft-qaz sektorunun hesabına baş verib və iqtisadiyyatın ayrı-ayrı sektorlarında baş verən “ağarma indikatorları”nın rolu burada həlledici olub.


Nazir deyib ki, cari ilin 8 ayında 562 vergi yoxlaması aparılıb.

Mikayıl Cabbarov əlavə edib ki, kölgə iqtisadiyyatı yalnız vergilərdən yayınmaya şərait yaratmır, həm də haqsız rəqabətə və onun genişlənməsinə, leqal biznesin sıxışdırılmasına, dövlətin və cəmiyyətin maliyyə dayaqlarının zəifləməsinə səbəb olmaqla ölkənin iqtisadi təhlükəsizliyinə birbaşa təhdidlər yaradır.

Cari ilin yanvar-avqust aylarında qeyri-dövlət sektorunda 88 mindən çox əmək müqaviləsi bağlanıb.

Vergilər naziri qeyd edib ki, həmin göstərici ümumilikdə 112 mindən çox artmış əmək müqavilələrinin 78 faizini təşkil edir.

"Biz 2018-ci ildə kölgə iqtisadiyyatına qarşı mübarizəyə başladıqdan sonra Statistika Komitəsi ilə Vergilər Nazirliyinin rəqəmləri arasında 7 dəfəyə qədər fərq yaranıb",-deyə bildirən nazirin sözlərinə görə, bu, kölgə iqtisadiyyatının həcminin göstəricisidir.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı