Modern.az

Diaspor Komitəsi İstanbuldakı Mübariz İbrahimov adına məktəbin problemlərini nəzarətə götürdü

Diaspor Komitəsi İstanbuldakı Mübariz İbrahimov adına məktəbin problemlərini nəzarətə götürdü

Aktual

13 Sentyabr 2019, 13:35

İstanbulda Mübariz İbrahimov adına məktəb tipli dərnək fəaliyyətə başlayıb.

Dərnəyin müəllimi olan Məhsəti Şərif Modern.az-a bildirib ki, məktəb 2013-cü ildən fəaliyyət göstərən mədəniyyət və təhsil dərnəyi nəzdində yaranıb:


“Məktəb  Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin başqanı Aygün Həsənoğlunun təşəbbüsü və İxtiyar Abdalovun rəhbərliyi ilə fəaliyyət göstərir. Bu məktəb tipli dərnəkdə Türkiyədə yaşayan azərbaycanlı uşaqlara yazma, oxuma öyrədirik. Hansı ki, həmin uşaqlar Türkiyədə məktəbə getməyib. Biz onları hazırlayırıq. Mən də həm təşkilati işlərdə, həm də müəllim kimi uşaqları öyrətməklə məşğulam”.


Məhsəti Şərifin sözlərinə görə,  azərbaycanlı şagirdlərə dərslikləri Azərbaycanın Təhsil Nazirliyi göndərib:

“Diasporla İş üzrə Dövlət Komitəsinə dərsliklərlə bağlı müraciət etdik və dərhal reaksiya gəldi.  Kitabları Dövlət Komitəsi  Təhsil Nazirliyinin  dəstəyi ilə bizə göndərdi.  Nazirlik dərnəyi məktəbə lazım olan ləvazimatlarla təmin etdi. İndiyədək isə dərnək öz hesabına kitabları təmin edib”.

Məktəb tipli dərnəyin müəllimi onu da qeyd edib ki,  Diasporla İş üzrə Dövlət Komitəsi sabah dərnəyə baş çəkəcək:

“Dövlət Komitəsinin nümayəndələri basqa lazım olan məsələlərlə də maraqlanacaqlar. Təbii, əsas məsələlərdən biri uşaqların sənədləşməsinin həyata keçirilməsidir”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı