Modern.az

Goranboyda qəza ölümlə nəticələndi 

Goranboyda qəza ölümlə nəticələndi 

Aktual

25 Noyabr 2019, 17:48

Goranboy rayonlarında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildiriblər ki, Goranboy rayonunun Qızılhacılı qəsəbəsi ərazisində isə Tərtər rayon sakini S.Nuriyev idarə etdiyi “Renault” markalı avtomobillə yolu keçən qəsəbə sakini Rauf Həsənovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Hadisə ilə bağlı araşdırma aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı