Modern.az

Evdən 21 min manatlıq oğurluq edən saxlanıldı

Evdən 21 min manatlıq oğurluq edən saxlanıldı

Aktual

17 Dekabr 2019, 16:55

DİN Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Modern.az-a verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Qaraqurdlu kənd ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən 21625 manat dəyərində məişət əşyaları və avadanlıqları oğurlayan şəxs saxlanılıb. Araşdırmalarla onun Tofik Şeydayev olduğu müəyyən edilib.

Dindirilmə zamanı həmin şəxs evə qanunsuz daxil olaraq oradan zərərçəkmişə məxsus əşya və avadanlıqları oğurladığını etiraf edib. Qanunsuz olaraq əldə etdiyi qənimətlərin bir hissəsinin Bakı şəhərində dəyərindən ucuz qiymətə satan T.Şeydayev əldə etdiyi pulları xərclədiyini bildirib.

Oğurluq yolu ilə əldə edilmiş əşyaların xeyli hissəsi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülərək istintaqa təqdim olunub.

Faktla bağlı Xaçmaz RPŞ-nin İstintaq Bölməsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı