Modern.az

"Çindən gətirilən Azərbaycan vətəndaşlarının səhhəti normaldır" - Səfirlik

Aktual

1 Fevral 2020, 22:50

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim Çinin Uhan şəhərindən Ankaraya enən təyyarədəki vətəndaşlarımızla telefon əlaqəsi saxlayıb.

Modern.az  xəbər verir ki, bu barədə APA-ya Azərbaycanın Türkiyədəki Səfirliyindən məlumata verilib.

Azərbaycan vətəndaşları səhhətlərinin normal olduqlarını bildiriblər.

Qeyd edək ki, Çinin Uhan şəhərində aralarında Azərbaycan vətəndaşları da olan 42 nəfərin təxliyyəsini həyata keçirən Türkiyənin “Koca Yusuf” ambulans-təyarəsi yerli vaxtla saat 21.12-də Ankaradakı Etimeskut Hava və Hərbi Hava Qüvvətləri Qurumlarının aeroportuna enib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı