Bakı Dövlət Universitetinin professoru, tarixçi alim Nəsiman Yaqublu 24 saylı Nizami birinci seçki dairəsi ərazisində yaşayan seçicilərlə görüşlər keçirir.
Namizədin Seçki Qərargahından Modern.az-a verilən məlumata görə, N.Yaqublu seçicilərlə görüşdə sakinlərin problemlərini öyrənməklə yanaşı Azərbaycanda milli- mənəvi dəyərlərə söykənən bir cəmiyyətin formalaşması və bu sahədə çalışmalarını davam etdirəcəyini bildirir.