Modern.az

"Seçki prosesinə polisin qanunsuz müdaxiləsi qeydə alınmayıb" - RƏSMİ

Aktual

9 Fevral 2020, 20:57

"2020-ci il fevral ayının 9-da keçirilən Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər zamanı daxili işlər orqanları tərəfindən qanunla müəyyən olunan vəzifələrin icrası təmin edilib. Təhlükəsizlik və hüquq qaydası etibarlı qorunub".

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

 

Məlumata görə, saat 19.00-a olan müddətə ictimai asayişin kobud surətdə pozulması, seçki prosesinə polisin qanunsuz müdaxilə etməsi faktı qeydə alınmayıb: "Polis, yalnız Seçki Məcəlləsi ilə nəzərdə tutulmuş halda – rəsmi dəvət əsasında seçki məntəqələrinə gəlib asayişi bərpa edib, qanunauyğun tədbirlər görüb".   

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı