Modern.az

Ronaldo “Yuventus”u tərk edir

Ronaldo “Yuventus”u tərk edir

Güncel

10 İyun 2020, 09:50

İtaliyanın "Yuventus" futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo klubunu dəyişə bilər.

 

Modern.az "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə öz "Twitter" səhifəsində jurnalist və insayder Pyetro Baltsano yazıb.

 

P.Baltsano bildirib: "Deyiləni təsdiq edirəm: mövsümün sonunda "Yuventus" və "Ronaldo"nun yolları ayrıla bilər. Demək istəyirəm ki, bu hələ şayiədir, konkret xəbər deyil, lakin mən bunun üzərində işləyirəm".

 

Qeyd edək ki, cari mövsümdə K.Ronaldo "Yuventus"un heyətində Seriya A-nın 22 oyununda iştirak edib, 21 qol vurub və 3 qolla nəticələnən ötürmə edib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı