Modern.az

Türkiyədə koronavirusdan ölənlərin sayı 4 729-a çatıb

Türkiyədə koronavirusdan ölənlərin sayı 4 729-a çatıb

Aktual

10 İyun 2020, 21:23

Türkiyədə son sutka ərzində daha 17  nəfər koronavirusdan ölüb.

Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 4 729 nəfərə çatıb:

"Bu gün ölkədə 36 521 şübhəli koronavirus testindən keçib. Koronavirus testindən keçənlərdən 922-nin cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı  173 036  nəfərə çatıb. Müalicə olunan 2 241  xəstə isə bu gün evə buraxılıb. İndiyədək  146 839  nəfər koronavirusdan müalicə olunub".

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı