Türkiyədə son sutka ərzində daha 20 nəfər koronavirusdan ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.
Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 206 nəfərə çatıb:
"Bu gün ölkədə koronavirus testindən keçənlərdən 1 154-nün cavabı pozitiv çıxıb. Bununla da yoluxanların ümumi sayı 204 610 nəfərə çatıb. Müalicə olunan 1 214 xəstə isə bu gün evə buraxılıb. Bununla da indiyədək 179 492 nəfər koronavirusdan müalicə olunub".