Modern.az

Koronavirusa yoluxan İdris Abbasov nəhayət Yeni Klinikaya YERLƏŞDİRİLDİ

Koronavirusa yoluxan İdris Abbasov nəhayət Yeni Klinikaya YERLƏŞDİRİLDİ

مورد توجه

5 İyul 2020, 18:11

"Nəsimi adına Dilçilik İnstitutunun Nəzəri dilçilik şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İdris Abbasovun səhhəti ilə bağlı məsələ AMEA rəhbərliyinin diqqətindədir".

Bu barədə Modern.az-a AMEA Dilçilik İnstitutunun mətbuat xidmətinin məlumat verilib.

Bildirilib ki, günün birinci yarısında AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini Elsevər Ağayevə və TƏBİB-in sədri Ramin Bayramlıya zəng edərək, onlara professor İdris Abbasovun səhhəti ilə bağlı məlumat vermiş və lazımi köməklik göstərillməsini xahiş ediblər.

Səhiyyə Nazirliyinin və TƏBİB-in məsul şəxsləri professor İdris Abbasovun və onun ailə üzvlərinin səhhəti ilə əlaqədar lazımi tibbi tədbirlərin görüləcəyini bildiriblər.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib ki, professor İdris Abbasov artıq Yeni Klinikadadır.

“Xəstəxananın rəhbəri Pərviz müəllimlə də geniş müzakirə etdik. İdris müəllimin sağalması üçün əllərindən gələn bütün tibbi dəstəyi göstərəcəklərini, müalicənin yüksək səviyyədə aparılacağını söylədi. İdris müəllimin həyat yoldaşı da 1 saat içində xəstəxanaya yerləşdiriləcək. Təbib və Təcili Tibbi Yardımın rəsmiləri ilə danışdıq, sağolsunlar dəstək göstərdilər. İnanırıq ki, İdris müəllim və xanımı qısa zamanda sağlamlıqlarına qovuşacaqlar. İdris müəllimə və dəyərli xanımına bir daha Allahdan acil şəfalar diləyirəm”.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı