Modern.az

Koronaviruslu insanları aşkar etmək üçün itlərə təlim keçirildi 

Koronaviruslu insanları aşkar etmək üçün itlərə təlim keçirildi 

Aktual

6 İyul 2020, 19:57

Alman ordusu koronavirus (COVID-19) infeksiyası olan insanları aşkar etmək üçün itlərə təlim keçir.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Alman Silahlı Qüvvələrindən  verilən məlumata görə, Hannover Universiteti Baytarlıq Fakültəsi (TiHo) və Ulmen Vulkaneifeldəki təlim mərkəzində həyata keçirilən ortaq layihə ilə yoluxmuş insanları müəyyənləşdirmək üçün itlərin təliminə başladığı bildirilib.

 

Məlumatda, layihənin köpəklərin dərmanların və qoxunun molekulyar tərkibindən xəstəlikləri aşkar etmək qabiliyyətinə əsaslandığı  qeyd olunub. 

 

Təlim olunan 10 köpəyin Alman çoban itləri, İngilis “Cocker Spaniels” və “Retrhibers”  cinsindən olduğu öyrənilib.  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı