Modern.az

Bakıda işləmək üçün evdən çıxan kişi itkin düşdü

Bakıda işləmək üçün evdən çıxan kişi itkin düşdü

Aktual

1 Sentyabr 2021, 10:55

Şirvan şəhər sakini itkin düşüb.

 

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şirvan regional qrupundan Modern.az-a verilən məlumata görə, 53 yaşlı İslam Zeynalov iyun ayının 20-də Bakıda işləmək adı ilə yaşadığı evdən çıxıb və bir daha onunla əlaqə yaratmaq mümkün olmayıb.

 

İslam Zeynalovun əlamətləri belədir: boyu 170-175 sm., arıq bədən quruluşlu, seyrək saçlı, gözlərinin rəngi qəhvəyi, qaşlarını rəngi isə qaradır. Evdən çıxan zaman əynində qara rəngli qısaqol köynək və qara rəngli şalvar olub.

 

"Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə (+9942121) 5-28-02 şəhər və (+99455) 527-57-77 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur", - Mətbuat xidmətindən bildirilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı