Modern.az

Hacıqabulda dezinfeksiya işləri - FOTOLAR

Hacıqabulda dezinfeksiya işləri - FOTOLAR

Актуально

1 Sentyabr 2021, 11:24

Rayon ərazisində epidemioloji durum rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət altında saxlanılır, sanitariya-gigiyena norma və qaydalarına ciddi nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər davam etməkdədir.

 

Modern.az xəbər verir ki, infeksiyanın rayon ərazisində yayılmasının qarşının alınması məqsədilə 01.09.2021-ci il tarixdə xüsusi ayrılmış texnika vasitəsi ilə küçə və prospektlərdə eləcə də Gigiyena və Epidemilogiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən məhəllədaxili yollarda, həmçinin yaşayış binalarında dezinfeksiya işləri davam etdirilib.

 

Xüsusi ayrılmış mobil qruplar tərəfindən şəhər, qəsəbə və kəndlərdə əhali arasında insanların karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün maarifləndirmə işləri ciddi qaydada aparılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı