Modern.az

Tanınmış rəssam vəfat etdi - FOTO

Tanınmış rəssam vəfat etdi - FOTO

مورد توجه

4 Sentyabr 2021, 12:45

Azərbaycanın tanınmış fırça ustası Tofiq Fərəcov vəfat edib.

 

Mədəniyyət Nazirliyindən Modern.az-a verilən məlumata görə, rəssam 69 yaşında dünyasını dəyişib.

 

T. Fərəcov 1952-ci ildə Masallı rayonunun Yeyənkənd kəndində ziyalı ailəsində dünyaya göz açıb. Gənclik illərində respublikanın qabaqcıl təhsil müəssisələrində rəssamlıq sənətinin sirlərinə yiyələnib. Əmək fəaliyyətinə ötən yüzilliyin 70-ci illərində mədəniyyət sferasında başlayan rəssam, bir sıra mədəniyyət ocaqlarında məsul vəzifələrdə çalışıb.

 

T. Fərəcovun yaradıcılığında boyakarlıq və qrafika texnikası, peyzaj, portret, natürmort və digər sənət üslubları üstünlük təşkil edib. Rəssamın əsərləri dəfələrlə müxtəlif sərgilərdə nümayiş etdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı