Modern.az

Millimizin oyunu belaruslu hakimlərə tapşırıldı

Millimizin oyunu belaruslu hakimlərə tapşırıldı

Aktual

4 Sentyabr 2021, 15:13

İyirmi bir yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Avstriya yığmasına qarşı keçirəcəyi oyuna hakim təyinatları açıqlanıb.

 

Modern.az xəbər verir ki, matçı Belarusdan olan hakimlər briqadası idarə edəcək.

 

Matçın baş hakimi FIFA referisi Amin Kurheli olacaq. Ona Yuri Xomçenko və Viktor Xetskov köməklik edəcəklər. Dördüncü hakim funksiyasını Denis Şerbakov yerinə yetirəcək.

 

Qeyd edək ki, senytabrın 7-də oynanılacaq Avstriya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. U-21 ilk matçında səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı