Modern.az

ABŞ səfiri müxalifətlə görüşdü

ABŞ səfiri müxalifətlə görüşdü

Aktual

21 Noyabr 2012, 15:45

Azərbaycan müxalifətini təmsil edən siyasətçilər bu gün günün ikinci yarısında Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Riçard Morninqstarla görüşüblər. Modern.az “musavat.com”a istinadən bildirir ki, görüş ABŞ tərəfinin təşəbbüsü ilə baş tutub və söhbətdə Müsavat Partiyasının başqanı İsa Qəmbər, AXCP sədri Əli Kərimli, Ümid Partiyasının sədri İqbal Ağazadə və başqaları iştirak ediblər. Görüşdə Azərbaycanda və regionda gedən proseslər və ictimai siyasi durumun müzakirə olunduğu bildirilir.

Qeyd edək ki, bu, Morninqstarın ABŞ səfiri təyin olunduğundan bəri müxalifətlə keçirdiyi üçüncü görüşdür  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı