Modern.az

“Qara dəniz”in QHT-ləri Bakıda toplaşıb

“Qara dəniz”in QHT-ləri Bakıda toplaşıb

Aktual

27 Noyabr 2012, 15:28

Bu gün Bakıda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Ölkələri (QDİƏT) Qeyri-Hökumət Təşkilatlarının I Forumu keçiriləcək. Modern.az xəbər verir ki, forumda Azərbaycandan Milli QHT Forumunun prezidenti, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, “Xəzər – Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatı” İctimai Birliyinin sədri, Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri İctimai Birliyinin sədri və Tərəfsiz Jurnalistlər Birliyinin sədri iştirak edir. Ümumilikdə isə Azərbaycandan 29 QHT iştirak edir.

Forumda QDİƏT-nın da qonaqları iştirak edir. Türkiyə, Rumıniya, Serbiya, Yunanıstan, Moldova, Rusiya, Gürcüstan, Albaniya və Ukraynadan nümayəndələr var.

Anar Kəlbiyev  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı