Modern.az

“Hörümçək adam”ın gəliri 1 milyardı keçdi

“Hörümçək adam”ın gəliri 1 milyardı keçdi

Aktual

28 Dekabr 2021, 00:18

“Hörümçək-Adam” film seriyasının sonuncu filmi olan “Hörümçək-Adam: Evə Yol Yoxdur” filminin gəlirləri 1 milyard dolları keçib.

 

Modern.az xəbər verir ki, bu, pendemiya dövründə gəlirləri 1 milyard dolları keçən ilk film olub.

 

Təxminən 905 milyon dollar gəlir əldə edən Çin tərəfindən çəkilən “Çanjin gölündə döyüş” filmini geridə qoyan “Hörümçək-Adam” 2021-ci ilin ən çox gəlir gətirən filmi adını da qazanıb.

 

“Comscore” adlı media data analitik firmasının məlumatına görə, 1 milyard dollardan çox gəlir əldə edən son film 2019-cu ildə ekranlara çıxan “Ulduz müharibələri” olub.

 

Epidemiyanın ikinci ildönümü yaxınlaşdıqca heç bir Hollivud istehsalı bu gəlir səviyyəsini ötməyib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı