Modern.az

Bu avtomagistrallarda sürət həddi ENDİRİLDİ

Bu avtomagistrallarda sürət həddi ENDİRİLDİ

Current

13 Yanvar 2022, 21:37

Hazırda paytaxtda müşahidə olunan yağıntılı hava şəraiti ilə əlaqədar Heydər Əliyev prospekti-Hava limanı-Bilgəh və Zığ-Hava limanı avtomagistrallarında sürət həddi bütün zolaqlar üzrə 20 km/saatadək endirilib.

 

Modern.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

 

"Bir daha sürücülərdən ehtiyatlı olmalarını, sürət həddinə əməl etmələrini və meteoroloji amilləri nəzərə almalarını xahiş edirik. Eyni zamanda, piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik", - BNA-dan bildirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı