Modern.az

Türkiyədə terroru təmizlədik - Soylu

Türkiyədə terroru təmizlədik - Soylu

Aktual

23 Yanvar 2022, 16:39

Türkiyənin daxili işlər naziri Süleyman Soylu hakim Ədalət və İnkişaf Partiyasında təmsil olunan gənclərlə görüşüb.

 

Modern.az xəbər verir ki, görüş zamanı nazir ötən müddət ərzində görülən işlərdən danışıb.

 

Soylu ölkəni terrordan təmizlədiklərini ifadə edərək bildirib ki, bu işdə onu ən çox motivasiya edən gənclər və uşaqların öz arzularına çatmaq istəyidir.

 

Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını gənclərə çatdıran nazir onlarla birlikdə “Suzan Suzi” və “Merdo” türkülərini də ifa edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı