Modern.az

"Azəriqaz" Mingəçevirdə sahibkarlarla görüş keçirəcək

Aktual

24 Yanvar 2022, 13:07

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi “Açıq mikrofon” aksiyası çərçivəsində Mingəçevir şəhərində sahibkarlarla görüş keçirəcək.

 

Bu barədə Modern.az-a qurumdan bildirilib.

 

Məlumata görə, "Azəriqaz"ın rəhbər şəxsləri Mingəçevir şəhərinin Nəriman Nərimanov prospektində, Gənclər evinin qarşısında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar. "Səyyam qəbul otağı" yanvarın 26-da saat 13:00-dan 15:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı