Modern.az

Çöllükdə yaşayan qadın xəstəxanaya yerləşdirildi - FOTOLAR

Çöllükdə yaşayan qadın xəstəxanaya yerləşdirildi - FOTOLAR

Aktual

24 Yanvar 2022, 20:57

Ötən gün sosial şəbəkələrdə  Ağsu rayonunun Ərəbmehdibəy kəndi ərazisində ahıl qadının çətin şəraitdə yaşadığını əks etdirən görüntülər yayılıb. Bildirilib ki, qadın 10 ildir vəhşi heyvanlarla dolu olan çöllükdə baxımsız və kimsəsiz vəziyyətdə yaşayır.

 

Modern.az xəbər verir ki, Sosial Xidmətlər Agentliyi həmin vətəndaşla bağlı məlumat yayıb.

 

Qeyd olunub ki, Əzəmət Mikayılova adlı vətəndaşın yaşadığı əraziyə səfər edilib:

 

“Yerində ilkin müayinə üçün əraziyə tibbi-həkim briqadası da dəvət olundu. Vətəndaş ilkin müayinəsi aparılaraq Daxili İşlər Nazirliyi, yerli icra hakimiyyəti nümayəndəsi və təcili tibbi yardım əməkdaşlarının iştirakı ilə Ağsu Rayon Mərkəzi Xəstəxanasına yerləşdirildi.

 

Buradan isə onun səhhətində olan problemlər nəzərə alınaraq, aidiyyəti ixtisaslı tibb müəssisəsinə göndərildi. Əzəmət Mikayılova barəsində məlumat verən hər kəsə və o cümlədən, onunla bağlı prosesdə iştirak edən aidiyyəti qurumların əməkdaşlarına təşəkkür edirik!”

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı