Modern.az

Daha bir cüdoçumuz gümüş medal qazandı

Daha bir cüdoçumuz gümüş medal qazandı

Aktual

6 Fevral 2022, 23:25

Parisdə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçusu Uşangi Kokauri (+100 kq) gümüş medal qazanıb.

 

Modern.az xəbər verir ki, təmsilçimiz həlledici mərhələdə Monqolustan təmsilçisi Tsetsencel Odxuu ilə qarşılaşmada məğlub olaraq gümüş medalla kifayətlənib.

 

Qeyd edək ki, bu medal Azərbaycan komandasının turnirdə ikinci mükafatıdır. Belə ki, bundan əvvəl komandamızın üzvü Məmmədəli Mehdiyev (90 kq) də yarışda ikinci yeri tutub.

 

Xatırladaq ki, Azərbaycan bu gün başa çatan yarışda 6 cüdoçu ilə təmsil olunur.

 

Turnirdə 52 ölkədən 285 idmançı iştirak edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı